Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-nun tələbələri pedaqoji təcrübə keçmək üçün Cocuq Mərcanlıya yollanıblar

news photo

15.04.2019 15:46 // Təhsil

Aprelin 15-də Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbəsi pedaqoji təcrübə keçmək üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinə yollanıblar.

BSU-nun mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, tələbələri təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov, təcrübə rəhbəri kimi rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə müşayiət ediblər. Cocuq Mərcanlıya yola düşən tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, “SABAH” qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə təşkil etdiyinə görə BSU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad edilmiş Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyi qürurverici hal kimi dəyərləndirərək Vətənimizin gələcəyi naminə çalışmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyiblər. Tələbələr bildiriblər ki, pedaqoji təcrübə dövründə məktəbdə vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirəcəklər.

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi