Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-nun kollektivi Cocuq Mərcanlıya səfər edib

news photo

06.05.2019 10:10 // Təhsil

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu ali təhsil ocağının müəllim və tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

BSU-nun mətbuat xidmətindən Youthportal.az-a bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində reallaşan səfərdə məqsəd Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbə maddi və mənəvi dəstək göstərmək, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqət və qayğısı altında olduğunu diqqətə çatdırmaq olub.

Səfər çərçivəsində, həmçinin Sabirabad rayonundakı Şəhidlər xiyabanında uyuyan Milli qəhrəmanlarımız Mübariz Əhmədovun, Fərhad Ağayevin, Murad Mirzəyevin məzarları ziyarət edilib.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz Əhmədov Bakı Slavyan Universitetində təhsil alıb və Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

BSU-nun nümayəndə heyəti Cocuq Mərcanlı səfəri çərçivəsində, həmçinin Füzuli rayonun Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış əzəmətli “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.

Cocuq Mərcanlı kənd tam orta məktəbində qonaqlara məktəb barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda 80 şagirdin oxuduğu təhsil ocağı bütün lazımi avadanlıqlarla təchiz edilib.

BSU-nun rektoru, professor N.Əliyeva çıxışına ümummilli lider Heydər Əliyevin “Bir qarış torpağımız da düşmən tapdağı altında qalmayacaq” fikrini xatırlatmaqla başlayıb. O, Ulu Öndərin doğum günü ərəfəsində cəbhə bölgəsində yerləşən belə bir abad kənddə olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. O, tezliklə digər torpaqlarımızın da düşmən tapdağından azad olacağına əmin olduğunu söyləyib. Azərbaycanın güclü orduya və hərbi texnikaya malik olduğunu qeyd edən rektor işğal olunmuş ərazilərin qan tökülmədən azad edilməsi üçün lazım olan bütün işlərin görüldüyünü vurğulayıb.

Daha sonra məktəb şagirdləri qonaqlar üçün vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

Sonra BSU-nun nümayəndələri məktəbə və məktəblilərə hədiyyələr təqdim ediblər.

Qonaqlar Bakıdan gətirdikləri tingləri məktəb həyətində əkiblər.

Səfər zamanı BSU-nun nümayəndələri Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanışlıq olublar. Qonaqlar uşaq bağçasına, məscidə baş çəkib və istirahət üçün nəzərdə tutulan parkda gəzintiyə çıxıblar.

Bakı Slavyan Universitetinin tələbələri “Qayıdış” İcma Klubunda Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ümummilli Lider-xalqın qəhrəman oğlu” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi