Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-nun beş tələbəsi Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə keçəcək (FOTO)

news photo

20.02.2019 10:23 // Təhsil

Fevralın 19-da Bakı Slavyan Universitetində (BSU) istehsalat və pedaqoji təcrübəyə başlayan IV kurs tələbələri ilə görüş keçirilib.

BSU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə tədris işləri üzrə prorektor, professor Telman Cəfərov tələbələrə istehsalat və pedaqoji təcrübə müddətində universitetin adını daim uca tutmağı, intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib. Prorektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. Bildirib ki, 2019-cu ildə BSU-dan fakültələr üzrə ümumilikdə 555 tələbə 32 dövlət müəssisəsində, 32 orta məktəbdə istehsalat və pedaqoji təcrübə keçəcək. Məktəblər sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin də olduğunu diqqətə çatdıran Telman Cəfərov qeyd edib ki, bu məktəbə BSU-nun 5 vətənpərvər tələbəsi könüllü olaraq yollanacaq. Prorektor pedaqoji və istehsalat təcrübəsi qaydalarının Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə qərarına uyğun tətbiq olunduğunu vurğulayıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışında bildirib ki, dekanlıq tərəfindən tələbələrin istehsalat təcrübəsi keçəcəyi müəssisələrlə bağlı siyahı tədris ilinin əvvəlindən hazırlanıb, siyahıya daxil olan 20-yə yaxın müəssisə ilə Əsasnaməyə uyğun müqavilə bağlanıb. O qeyd edib ki, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsindən ümumilikdə 94 tələbə bu il istehsalat təcrübəsinə yollanacaq.

Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova bildirib ki, qaydalara uyğun olaraq tərcümə fakültəsinin tələbələrindən 88 tələbə təcrübəyə gedir, 6 tələbə isə müəyyən olunmuş qaydalardan asılı olaraq təcrübəyə buraxılmır. Tələbələrin bu il təcrübə keçmələri üçün hazırlanan dövlət müəssisələri sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Şəms” Tərcümə Xidmətləri Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Əqli Mülkiyyət Agentliyi, “ASAN xidmət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakının Nəsimi və Nizami rayonlarının icra hakimiyyətləri var.

Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva fakültə üzrə ümumilikdə 89 tələbənin pedaqoji, 37 tələbənin isə istehsalat təcrübəsinə gedəcəyini deyib. Bildirib ki, pedaqoji təcrübə keçmək üçün müəyyənləşdirilən müəssisələrin sırasına BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksi də daxildir. Onun sözlərinə görə, rus, ingilis, alman, fransız dilləri üzrə təhsil alan tələbələrdən bir qrupu, həmçinin BSU-da fəaliyyət göstərən müəyyən şöbələrdə istehsalat təcrübəsi keçəcəklər.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev qeyd edib ki, təcrübəyə yollanan 108 tələbədən 19-u istehsalat təcrübəsinə gedəcək. Tələbələrin təcrübə keçəcəkləri müəssisələrdə nizam-intizam qaydalarına ciddi əməl etmələrinin vacibliyindən danışan E.Piriyev onlara uğurlar arzulayıb.

Pedaqoji fakültəsinin dekanı, professor Flora Naciyeva bildirib ki, ilk dəfə olaraq bu il təhsildə sosial-psixoloji xidmət (TSPX) ixtisası üzrə təhsil alan tələbələr məktəblərə istehsalat təcrübəsinə yollanacaqlar. O, təcrübə üçün pedaqogika və psixologiya kafedrası tərəfindən xüsusi vəsaitin hazırlandığını deyib. F.Naciyeva fakültədən ümumilikdə 135 tələbənin pedaqoji və istehsalat təcrübəsinə gedəcəyini diqqətə çatdırıb.

BSU-nun “SABAH” mərkəzinin rəhbəri Leyla Hüseynova “SABAH” qruplarında təhsil alan tələbələrin universitetin nəzdindəki Məktəb-Lisey Kompleksində və 164 saylı orta məktəbdə təcrübə keçəcəklərini qeyd edib. L.Hüseynova “SABAH” qruplarında aparılan müasir təlim-tədris metodlarının tələbələr tərəfindən təcrübə zamanı tətbiq ediləcəyini bildirib.

Universitetin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tələbələrin Əsasnaməyə uyğun olaraq 14 həftə müddətində beşgünlük iş rejimi ilə təcrübə keçəcəklərini vurğulayıb. Təcrübə üçün lazım olan sənədləri sadalayan Y.Alxasov mayın 24-dək sənədləşmə işlərinin aparılacağını, mayın 31-də isə təcrübə və məzunların karyera inkişafı şöbəsi, monitorinq və qiymətləndirmə şöbəsi, o cümlədən müəllimlərin iştirakı ilə sənədlərin qəbul olunacağını diqqətə çatdırıb. Təcrübə müddətində hər bir tələbənin topladığı balın komissiya tərəfindən dəqiq yoxlanacağını deyən Y.Alxasov tələbələrə uğurlar arzulayıb.

Tədbirin sonunda müəllim və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, BSU-nun tələbələrinin əksəriyyəti artıq fevralın 18-dən etibarən istehsalat və pedaqoji təcrübəyə başlayıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi