Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-da yeni layihə: Tələbələr məktəb psixoloquna dəstək olacaqlar

news photo

13.11.2019 16:30 // Təhsil

Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey Kompleksində yeni startap layihəsinin icrasına başlanılıb.

BSU-dan Youthportal.az-a bildirilib ki, layihə “risk qrupuna” aid olan, emosional cəhətdən qeyri-sabit, kollektivə uyğunlaşmaqda çətinlik çəkən uşaqlara psixoloji yardım etmək və məktəb psixoloquna dəstək olmaq məqsədi daşıyır. İlkin mərhələdə Pedaqoji fakültədə təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrin fasiləsiz təcrübəsinin təşkili nəzərdə tutulur. Artıq tələbələr siniflərə təqdim edilib, şagirdlərlə aparılacaq işin növləri və formaları müəyyənləşib.

Tələbələrin fasiləsiz təcrübəsinin nəticələri haqqında məlumat məktəbin rəhbərliyinə, fakültə dekanına və layihə koordinatoruna təqdim olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi