BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş olub

24.01.2020 11:50 // Təhsil
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, Elektron-Kitabxana Sisteminin Baş direktoru Natalya İvanova, Elektron-Kitabxana Sisteminin Layihələr üzrə koordinatoru Vita Kutuyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Tamilla Əhmədova ilə görüşüb.
Youthportal.az-a Universitetin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Təhsil Nazirliyinin əməkdaşları Kamran Rəsulov, İlqar Dadaşov, BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirak ediblər.
Görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rusiyalı nümayəndələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, profesor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, son illər reallaşdırılan mütərəqqi yeniliklər, genişmiqyaslı islahatlar, beynəlxalq əlaqələr və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib. Rektor qeyd edib ki, BSU unikal ali təhsil müəssisəsidir. BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir.
BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetin xarici ölkələrdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri haqqında məlumat veriblər.
Öz növbəsində rusiyalı nümayəndələr və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlara mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları alqışlarla müşayiət olunub.
Daha sonra qonaqlar BSU-nun Əsas kitabxanasının fəaliyyəti ilə tanış olublar. Rektor Nurlana Əliyeva onlara kitabxananın strukturu, kitab fondu, kitabxananın elektronlaşdırılması, Kitabxana Şurası barədə ətraflı məlumat verib. Qeyd edib ki, Kitabxana Şurası Əsas kitabxananın fəaliyyətinin təkmilləşdirilməsini və müasir tələblərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda rusiyalı mütəxəssislər BSU-dakı Qiraət zalı, Elmi-tədqiqat layihələri laboratoriyasının Tərcümə və leksikoqrafiya bölməsi və universitetin Muzeyində olublar.
Rusiyalı mütəxəssislər BSU-da həmçinin yeni istifadəyə veriləcək Nəsimi auditoriyası ilə də tanış olublar.
Sonda qonaqlar BSU-nun Heydər Əliyev Tədris Mərkəzində Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, böyük rus yazıçısı Anton Çexovun anadan olasının 160 illiyinə həsr olunmuş “Çexov dövrü” adlı ədəbi oxular çərçivəsində “A.P.Çexov irsinin XXI əsrdə aktuallığı” mövzusunda keçirilən dinləmələrdə iştirak ediblər. Dinləmələrdə Anton Çexovun həyatı və ədəbi irsi hərtərəfli təhlil edilib, yazıçının əsərlərinin müasir dövrümüzdə də çox aktual olduğu xüsusi vurğulanıb. Bütövlükdə qonaqlar BSU-dan xoş təəssürat və yüksək əhvali-ruhiyyə ilə ayrılıblar.
Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət