Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-da dəyirmi masa: Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər məktəbi

news photo

13.11.2019 16:59 // Təhsil

Bakı Slavyan Universitetinin (BSU) II tədris binasında Azərbaycan filologiyası fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər Cəfərov məktəbi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Prezident İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən təşkil olunub.

BSU-dan Youthortal.az-a bildirilib ki, dəyirmi masada professor Tahirə Məmmədin “Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs, romantizm və linqvopoetika problemləri”, dosent Pərvanə İsayevanın “Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ədəbi yaradıcılığı Məmməd Cəfər Cəfərovun tədqiqatlarında”, dosent Maral Yaqubovanın “Məmməd Cəfər Cəfərovun Qərb bədii irsi və ədəbi-nəzəri fikrinə münasibətinin prinsipləri” və Şəfa Əliyevanın “Nəzəriyyəçi alimin bədii yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev çıxış edərək bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanmış “Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabı təqdim edilib.

Kitabın bir neçə nüsxəsi BSU-nun kitabxanasına hədiyyə olunub.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi