Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub (FOTO)

news photo

30.10.2019 14:59 // Gənclər üçün

Oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) birinci kurs tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

BSU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayıb. Bildirib ki, BSU-nun tələbələri bu proqramın ən fəal iştirakçılarıdırlar. Universitetin 4 mindən çox tələbəsi bu proqrama qoşulub. O, həmçinin universitetin tələbələrinin digər ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirak etmələrindən danışıb və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Tədbirin aparıcısı Kamran Əliyev “Bir” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, komanda ruhunu formalaşdıran kollektiv oyunlarda iştirak, yeni dostlar qazanmaq imkanı yaradır.

Sonra “Bir” Tələbə-Könüllü Proqramının könüllülərinin videoçarxı nümayiş olunub.

“Bir” Tələbə-Könüllü Proqramının nümayəndəsi Mənsurə Məhərrəmova çıxışında bildirib ki, ölkəmizdə genişmiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə-könüllülər böyük rol oynayırlar. M.Musayeva proqram çərçivəsində könüllülər üçün yaranan karyera imkanlarından, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı və Lənkəran şəhərlərində keçirilən təqdimatlardan danışıb, tələbələri bu layihədə fəal iştirak etməyə səsləyib.

Tədbirdə tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi