Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-da "Azərbaycan təhsilində dəyərlər sistemi" mövzusunda respublika elmi konfransı keçirilib

news photo

22.12.2018 11:16 // Təhsil

Dekabrın 22-də Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində (BSU) "Azərbaycan təhsilində dəyərlər sistemi" mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Youthportal.az xəbər verir ki, tədbirdə çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru Rafiq Novruzov 2018-ci ilin bütövlükdə kollektiv üçün uğurlu olduğunu, tədris prosesinin keyfiyyətcə yüksəldiyini, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradılmış Bakı Slavyan Universitetinin müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin həyata keçirilməsində, sağlam mənəvi mühitin yaradılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan ali təhsil ocaqlarından biri olduğunu qeyd edib.

Sonra "Müəllim şəxsiyyəti və pedaqoji dəyərlər", "Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasına təsir edən amillər" və s. mövzularda məruzələr dinlənilib.

Konfransın bölmə iclaslarında "Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti", "İbtidai və məktəbəqədər təhsil problemləri", "Pedaqogikanın müasir problemləri”, "Psixologiya müasir təhsil sistemində" və "Təhsildə informasiya texnologiyalarından istifadə məsələləri" mövzuları üzrə müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi