Ru
Bakı
USD
EUR
GBP
RUB

Braziliya Qran-Prisinin Rio-de-Janeyroda keçirilməsi imkanları nəzərdən keçirilir

news photo

21.11.2018 17:04 // Formula 1

Formula 1-in icraçı direktoru Çeyz Keri Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.

Youthportal.az “GPBlog” saytına istinadla xəbər verir ki, səfərdə məqsəd Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsinin bu şəhərdə keçirilməsi imkanlarını qiymətləndirmək olub.

Bundan əvvəl Formula 1 rəhbərliyinin Braziliya Qran-Prisi təşkilatçılarından iki il müddətinə üzvlük haqqı almayacağı barədə xəbərlər yayılıb. Formula 1 rəhbərliyinin İnterlaqos trası üzrə hazırkı kontraktı 2020-ci ildə başa çatır.

Qeyd edək ki, Braziliya Qran-Prisi əvvəllər Rio-de-Janeyrodakı trasda keçirilib. Lakin 2016-cı il Olimpiya Oyunları ərəfəsində burada yerləşən avtodrom fəaliyyətini dayandırıb. San-Paulu şəhərinin meri Joao Doria isə vurğulayıb ki, Braziliya Qran-Prisinin başqa şəhərdə keçirilməsi barədə xəbərlər KİV-lər tərəfindən uydurulub.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi