Ru
Bakı
USD
EUR
GBP
RUB

BP-nin vitse-prezidenti ADNSU-da təlim keçib (FOTO)

news photo

14.03.2019 09:18 // Təhsil

Martın 13-də BP-nin əməliyyatlar üzrə vitse-prezidenti Elxan Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, görüşdə Mustafa Babanlı universitetdə təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələr və qazanılan uğurlardan danışıb.

BP-nin əməliyyatlar üzrə vitse-prezidenti ADNSU-nun məzunu olduğunu və doğma ali məktəbdə olmaqdan məmnun qaldığını qeyd edib. Sonra qonaq ADNSU-da yeni istifadəyə verilmiş Azİİ Elektron Kitab Evində olub. Bildirilib ki, Azİİ Elektron Kitab Evinə yeni nəşrlər, o cümlədən BP şirkəti tərəfindən kitablar verilib. Kitab evi müasir standartlara uyğun şəkildə rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə fəaliyyət göstərir.

Sonra Elxan Məmmədov tələbələr üçün təlim keçib. “BP-nin biznes fəaliyyəti haqqında silsilə mühazirələr” çərçivəsində təşkil olunan təlim “Neft və qaz sektorunda texnologiya, modernizasiya və transformasiya” mövzusuna həsr edilib. İngilis dilində keçirilən təlimdə universitetin geoloji kəşfiyyat, neft-qaz mədən, kimya-texnologiya və digər fakültələrində ingilis dilində təhsil alan tələbələr iştirak ediblər. Təlim zamanı dünya üzrə böyük neft-qaz yataqlarında istifadə olunan ən son texnologiyaların Azərbaycanda tətbiqi və inkişafı barədə ətraflı məlumat verilib, videoçarx təqdim olunub.

Eyni zamanda, BP-nin gələcək fəaliyyəti, neft-qaz sektorunun dünya standartlarına uyğun olaraq təkmilləşdirilməsi və fundamental transformasiyası üçün şirkətin missiyası, təmiz enerji təminatı üçün hazırda neft-qaz yataqlarında tətbiq olunan yeni texnoloji avadanlıqlar və s. haqqında məlumat verilib.

Sonra tələbələrin sualları cavablandırılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi