Ru
Bakı
USD
EUR
GBP
RUB

Böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək

news photo

13.12.2018 16:32 // İdman

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək.

Youthportal.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.

Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi