Ru
Bakı
USD
EUR
GBP
RUB

Böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir (FOTO)

news photo

08.10.2019 17:21 // Cəmiyyət

25  sentyabr  07 oktyabr  2019-cu il  tarixlərdə  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  Salyan  rayon  2  saylı  tam  orta  məktəbin kitabxanasında  Salyan rayon İcra Hakimiyyəti Başçısı və Azərbaycan Respublikası Gənclər və İdman naziri tərəfindən razılaşdırılmış və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş iş və tədbirlər planına uyğun olaraq   Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında  inşa  müsabiqəsi  keçirilmişdir.

Böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən  inşa  müsabiqəsindəümumtəhsil  məktəblərinin  VII-X sinif şagirdləri  iştirak  etmişdir

07  oktyabr  2019-cu il  tarixdə 2  saylı tam  orta  məktəbin  kitabxanasında böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında  keçirilən  inşa  müsabiqəsinin  qalibləri   münsiflər heyətinin  qiymətləndirmələrinə  əsasən elan  edildi  və  müsabiqəyə  yekun  vuruldu.

Münsiflər  heyətinin  qərarına  əsasən  inşa  müsabiqəsində  III  yerə  Ağayeva  Nərmin  Rəhim  qızı (Yuxarı  Noxudlu  tam  orta  məktəb),  IIyerə   Qubadova  Mədinə  Samid qızı (Təzəkənd  kənd  ümumi  orta  məktəb),  I  yerə  isə  Rüstəmli  Gülçin  Əkbər  qızı (8  saylı  tam  ortaməktəb)  layiq  görüldü.

Nəzərova  Elmira  Şükür  qızı (6  saylı  tam orta  məktəb)  və  Gülnəzərova Ramilə  Ramil  qızı  (Təzəkənd  kənd  ümumi  orta  məktəb)  inşamüsabiqəsinin  fərqlənmiş  iştirakçıları seçildilər

Müsabiqənin  qalibləri  və  fərqlənmiş  iştirakçıları Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  diplom  və  hədiyyələrləmükafatlandırıldılar.   Qalibləri təltif   edən Salyan  rayon  Gənclər  və  İdman  İdarəsinin  rəisi  Araz  Hüseynov  qalibləri  təbrik  etdi.  Bildirdi  ki,inşa  müsabiqəsinin  keçirilməsində  əsas  məqsəd  İmadəddin  Nəsiminin  həyat  və  yaradıcılığını  təbliğ  etmək, yeniyetmələrin istedad  vəyaradıcılıq  potensiallarını  aşkara  çxarmaqdan  ibarətdir.  Daha  sonra   qeyd  etdi  ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. 

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi