Ru
Bakı
USD
EUR
GBP
RUB

Böyük Britaniyanın Essex Universitetində Bakı 2015 I Avropa Oyunlarının tanıtım kampaniyası keçirilib

news photo

28.04.2015 12:17 // İdman

24 aprel tarixində Böyük Britaniyanın Essex Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə bu il Azərbaycanda baş tutacaq Bakı 2015 I Avropa Oyunlarının tanıtım kampaniyası keçirilib.

Təşkil edilən kampaniya universitetin tələbələri, eləcə də tədris heyəti tərəfindən maraqla qarşılanıb. Kampaniya fərqli ölkələrdən olan tələbələrə həm Azərbaycan, həm də keçiriləcək Avropa Oyunları haqqında məlumatların verilməsi və müxtəlif təbliğat materiallarının paylanılması ilə davam etdirilib.

Təşkilat heyəti məhz Essex Universitetinin İngiltərənin ən zəngin beynəlxalq tələbə auditoriyasına malik universitetlərdən biri olduğuna görə burada baş tutan tədbirin Azərbaycanın təbliği üçün uğurlu təşəbbüs olduğuna inandıqlarını bildiriblər.

Qeyd edək ki, tədbir “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycanın Londondakı səfirliyinin dəstəyi, Essex Universitetinin Azərbaycan Cəmiyyətinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin təşkilatçılığı ilə baş tutub.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi