Ru
Bakı
USD
EUR
GBP
RUB

Botanika İnstitutunun doktorantı İtaliyada müasir metodlarla nar bitkisi üzərində tədqiqatlar aparıb

news photo

09.01.2019 16:55 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun doktorantı Aydan Zeynalova İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsi İnstitutunda elmi ezamiyyətdə olub. Səfər Botanika İnstitutu və Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutu arasında əməkdaşlığa dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, Aydan Zeynalova ezamiyyət müddətində müasir genetik, xromatoqrafik və spektrofotometrik metodlardan istifadə etməklə yabanı nar bitkisi üzərində analizlər aparıb. Tədqiqat işlərinə Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, professor Biankaelena Maserti rəhbərlik edib.

Nar bitkisinin yarpaqlarından alınmış DNT nümunələrinin analizini aparmaq üçün PZR (polimeraz zəncir reaksiyası) metodundan istifadə olunub. Yarpaq, şirə, ləçək, qabıq ekstraktlarının tərkibindəki ümumi fenolların kəmiyyət tərkibi spektrofotometrik üsulla öyrənilib, yüksək maye xromatoqraf istifadə etməklə fenol komponentlərinin keyfiyyət və kəmiyyət tərkibləri müəyyənləşdirilib. DPPH (2,2-difenil-1-pikrilhidrazil) metodundan istifadə əsasında nar bitkisinin müxtəlif orqanlarından alınmış ekstraktların antioksidant fəallığı öyrənilib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi