Ru
Bakı
USD
EUR
GBP
RUB

Bölgələrimizdə kitaba maraq artır

news photo

22.10.2019 12:00 // Təhsil

Oktyabrın 22-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi “Uşaq kitab karvanı bölgələrdə” adlı tədbir keçiriləcək.

Youthportal.az xəbər verir ki, silsilə tədbirlər, Zərdab, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, Yevlax, Bərdə və Tərtərdə reallaşacaq.

Kitab karvanında uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın iştirakı və imzalı görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Tədbir çərçivəsində, Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin (MKS) uşaq şöbələrinə, Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, müxtəlif nəşriyyatlar tərəfindən uşaq kitabları hədiyyə olunacaq.

Qeyd edək ki, 2011-ci ildən bu günə qədər davam edən layihə çərçivəsində, 33 rayona 26 mindən çox kitab hədiyyə edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi