Ru
Bakı
USD
EUR
GBP
RUB

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanıblar

news photo

18.12.2018 11:06 // İdman

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib. Yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.

Azərbaycan Boks Federasiyasından Youthportal.az-a bildiriblər ki, təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 hesabı ilə məğlub edib.

Məhəmməd Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıblar. Boksçularımız yarışı üçüncü pillədə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Beləliklə, Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət yığmamız komanda hesabında üçüncü yeri tutub. Ev sahibi Rusiya isə həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi