Ru
Bakı
USD
EUR
GBP
RUB

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

news photo

07.07.2019 12:21 // İdman

İyulun 8-də Batumidə boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir keçiriləcək.

Youthportal.az xəbər verir ki, yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) və “Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil edəcəklər.

Klubun və 1 saylı RİOEUGİM-in baş məşqçisi R.Allahverdiyev AZƏRTAC-a müsahibəsində yetirmələrinin Batumi turnirinə ciddi hazırlaşdıqlarını bildirib: “Komandamız turnirə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçib. Yarışda 25 boksçu çıxış edəcək. Batumi turniri kadetlər arasında keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır”.

Beynəlxalq turnir iyulun 11-də başa çatacaq.

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi