Ru
Bakı
USD
EUR
GBP
RUB

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

news photo

13.01.2020 11:24 // İdman

Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Boks Federasiyasından Youthportal.az-a bildirilib ki, turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi