Ru
Bakı
USD
EUR
GBP
RUB

Boks üzrə Azərbaycan millisi Nalçikdə yoxlama görüşləri keçirəcək

news photo

04.02.2019 15:59 // İdman

Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb.

Azərbaycan Boks Federasiyasından Youthportal.az-a verilən məlumata görə, Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Nalçikdə yoxlama görüşləri keçirəcək.

Boksçularımız üç qarşılaşmada qüvvəsini sınayacaqlar. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

Komandamız fevralın 7-də Vətənə qayıdacaq.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi