Ru
Bakı
USD
EUR
GBP
RUB

Boğaziçi Film Festivalı “Qoca və Silah”la açılacaq

news photo

06.09.2018 17:09 // Cəmiyyət

Beynəlxalq Boğaziçi Kino Dərnəyi və İstanbul Media Akademiyası tərəfindən təşkil olunan altıncı Beynəlxalq Boğaziçi Film Festivalının açılış filminin adı açıqlanıb.

Youthportal.az Anadolu agentliyinə istinadla xəbər verir ki, festival oktyabrın 26-dan noyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi, Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu festival tanınmış aktyor Robert Redfordun rol aldığı “Qoca və Silah” (The Old Man end The Gun) filmi ilə açılacaq. Devid Loverynin ekranlaşdırdığı filmdə R.Redfordla yanaşı, bir sıra tanınmış aktyorlar da rol alıb.

Son quldurluğuna hazırlaşan 70 yaşlı Forrest Takerin gerçək həyat hekayəsindən götürülən film Türkiyədə ilk dəfə göstəriləcək.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi