Ru
Bakı
USD
EUR
GBP
RUB

BMU-da bayram tədbiri: Azərbaycan uğrunda həmrəylik!

news photo

25.12.2018 17:32 // Təhsil

Bakı Mühəndislik Universitetində (BMU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Azərbaycan uğrunda həmrəylik!” adlı əyləncəli-bədii tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.

Youthportal.az xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik edib, xoş arzularını çatdırıb. Bildirilib ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideologiyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.

Qeyd olunub ki, bu günlərdə hər bir azərbaycanlının evində, ailəsində bir bayram ab-havası hökm sürür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biridir.

Tədbir universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə tələbələrin ifasında rəqslər, səhnəciklər və mahnılarla davam edib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi