Ru
Bakı
USD
EUR
GBP
RUB

“BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş keçirilib

news photo

10.04.2019 12:26 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “BMT-ni öyrənərək kəşf et” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşdə BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov iştirak edib.

Youthportal.az-a ATGTİ-nin saytına istinadla xəbər verir ki, əvvəlcə ATGTİ-nin baş katibi Ramin Həbibzadə nümayəndəliyin rəhbəri ilə görüşərək, layihə ətrafında və gələcək tərəfdaşlıqla bağlı bəzi müzakirələr aparıb. Bununla yanaşı Ramin Həbibzadə, ATGTİ-nin bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında BMT nümayəndəsinə ətraflı məlumat verib.

Sonra Ramin Həbibzadə görüşdə çıxış edərək layihənin gənclər üçün əhəmiyyətini vurğulayıb və BMT nümayəndəsi Rəşad Hüseynovu tələbələrə təqdim edib.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov layihənin gənclərə verəcəyi töhfədən bəhs edib. Həmçinin BMT-nin agentlikləri arasındakı əlaqə formalarından və informasiya mübadiləsinin əhəmiyyətindən danışıb. Gənc tələbələrə pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan bəhs edən R.Hüseynov BMT-nin gənclər sahəsində gördüyü işləri və təşkilatda gənclər üçün yaradılmış iş imkanlarını diqqətə çatdırıb.

Tədbirin sonunda Rəşad Hüseynov tələbələri maraqlandıran sualları cavablandırıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi