Ru
Bakı
USD
EUR
GBP
RUB

“Biznes Liqa” şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb (FOTO)

news photo

04.06.2019 17:30 // Gənclər üçün

“Azerbaijan Public Speaking Competition” (APSC) və ABŞ-ın “Natiqlər Assosiyasiyası”-nın tərəfdaşlığı ilə “Biznes Liqa” şirkətlərarası natiqlik yarışmasının qalibləri müəyyənləşib. 

Təşkilatdan Youthportal.az-a bildiirlib ki, APSC çərçivəsində iştirakçılar üçün peşəkar təlimçilər tərəfindən 6 master klass həyata keçirilib. Master klasslarda müxtəlif şirkətlərdən mütəxəssis və rəhbər vəzifəsində çalışan 50-yə yaxın nümayəndə iştirak edib.

Final mərhələsi Zirə Mədəniyyət Mərkəzi və Eko-parkında baş tutub. Final mərhələsində iştirakçılar ideya, təşəbbüs, layihə, şirkət və motivasiya xarakterli çıxışlar ediblər. Azərbaycan bölməsi üzrə “Aztelecom” şirkətinin nümayəndəsi Ayaz Mirzəzadə yarışmanın qalibi olaraq 2.000 AZN pul mükafatını qazanıb. İngilis bölməsi üzrə isə Şəfəddin Bayramzadə yarışmanın qalibi olub. Şafəddin Bayramzadə 20-22 iyun tarixlərində Londonda baş tutacaq “Beynəlxalq Natiqlər Konfransı”nda iştirak edəcək.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi