Ru
Bakı
USD
EUR
GBP
RUB

Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb

news photo

14.05.2019 16:10 // Cəmiyyət

Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb.

Bunu Youthportal.az-a kriptovalyuta üzrə ekspert Qurbanəli Ömər deyib.

Onun sözlərinə görə, ümumi qruplardakı aktivliyə, yazışmalara əsasən ölkəmizdə təxminən 5 minə yaxın insan kriptovalyuta istifadəçisidir: “İnsanlar bitkoinin qiyməti, onun istehsal prosesi və kriptovalyutalarla maraqlanır. Bu haqda internetdə axtarış edir, suallar verirlər. Ancaq ölkəmizdə koinlərin böyük alıcı kütləsi yoxdur”.

Ekspertin fikrincə, kriptovalyuta sahəsində qiymətlərin qalxıb-düşməsi koinlərlə maraqlananlar üçün vacib olmalıdır:

"Çünki bu sahədə bazar süni manipuliyasiyalar vasitəsilə idarə olunur. Amma kriptovalyuta yaranarkən məqsəd bu olmayıb. Kriptovalyutalar ona görə yarandı ki, insanlar alış-verişi rahat şəkildə etsin. Amma əksinə oldu. Proses o yerə gəlib ki, hazırda kriptovalyutalara bir investisiya aləti kimi yanaşırlar. Kriptovalyuta əmtəəyə çevrilib. Keçən il qeydə alınan qiymət artımı xəbər axını ilə əlaqədar idi. Bu tendensiya dekabra qədər davam etdi. Amma hazırda prosesləri izləyəndə görürük ki, qiymət artımına səbəb olacaq ciddi xəbər axını yoxdur. Buna baxmayaraq qiymətlər yüksəlir. Dekabrda bitkoin 7500 dolları ötdü. İndi də qiymət 7000 dollar təşkil edir”.

Q.Ömər deyib ki, artıma səbəb “qara bazar”dır.

“Kriptovalyutaların normal bazarı, birjaları olması ilə yanaşı, həmçinin "qara bazar" da var. "Qara bazar"da əməliyyatlar internetə bağlı olmayan cihazlar vasitəsilə baş verir. Bitkoinlər müəyyən yaddaş kartlarında saxlanılır və bunu oflayn rejimdə başqa birinə verib, nağd pul əldə edilir. Bu fəaliyyət bazarda görünmür. Buna görə də ticarət dövriyyəsini formalaşdıran iri brokerlər qiymətləri yüksəldirlər. Bitkoinin maya dəyəri təxminən 3000 dollardır”.

Ekspertin fikrincə, qiymət artımı hələ bir müddət davam edəcək.

“Yaxın vaxtlarda bitkoinin qiymətinin ucuzlaşacağını demək bir qədər tezdir. Qiymətin tempini böyük kriptovalyuta birjaları müəyyən edir. Görünən odur ki, indi onlar qiymətin yüksəlməsini istəyirlər. Hətta bir bitkoin 20 min dollara qədər yüksələ bilər. Bütün koinlərin qiyməti bitkoindən asılıdır. O yüsəldikcə altkoinlərin də dəyəri qalxacaq”.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi