Ru
Bakı
USD
EUR
GBP
RUB

Birləşmiş Ərəb Əmirliklərindən olan tələbələr Azərbaycan Tibb Universitetində təcrübə keçiblər (FOTO)

news photo

23.08.2019 17:02 // Təhsil

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) RAK Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçiblər.

Universitetin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, üç həftə davam edən praktika zamanı 3-cü və 4-cü kurs tələbələri ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə işi üzrə biliklərini artırıblar. Qonaq tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda və treninq mərkəzlərində keçirilən tədbirlərdə iştirak ediblər.

BƏƏ-dən olan tələbələr praktikanın bitməsi münasibətilə universitetin rəhbərliyi ilə görüşüblər. ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov universitetdə hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələrin praktika keçdiyini, aparıcı mütəxəssislərin universitetdə qonaq olduğunu bildirib. O, qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti geniş beynəlxalq əlaqələrə malikdir: “Biz dünyanın aparıcı universitetləri, bilik mərkəzləri ilə münasibətləri daha da genişləndiririk. Bura tələbə mübadiləsi ilə yanaşı, elmi işlərin mübadiləsi, müştərək elmi araşdırmalar, birgə startap ideyaların reallaşdırılması və s. aid etmək olar”. R.Bəylərov ATU-da praktikasının uğurla bitirən ərəb tələbələrə müvəffəqiyyətlər arzulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, son illər ATU-da ciddi islahatların aparılması müşahidə olunur və görülən işlər müsbət nəticəsini verməkdədir. Bunlar sırasında xarici ali məktəblərlə əlaqələrin intensivləşməsi və yeni səviyyəyə qaldırılmasını da xüsusi qeyd etmək lazımdır. Sabrin Ali Azim universitet ilə əməkdaşlığın gücləndiriləcəyindən və gələcəkdə daha çox birgə layihələrin icra olunacağından əminliyini bildirib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov da iştirak edib.

Görüşün sonunda universitetdə təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri təcrübənin onların gələcək karyeralarına ciddi fayda verəcəyini bildiriblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi