Ru
Bakı
USD
EUR
GBP
RUB

Birinci vitse-prezident Mehriban Əliyeva: Müəllimlik olduqca hörmətli peşədir

news photo

05.10.2019 13:12 // Siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar “Instagram” səhifəsində Azərbaycan müəllimlərini təbrik edib.

Youthportal.az-in məlumatına görə, təbrikdə deyilir: “Əziz müəllimlərimiz, sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi