Ru
Bakı
USD
EUR
GBP
RUB

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq

news photo

28.05.2019 12:10 // Siyasət

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.

Youthportal.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə xalqımıza ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə deyilir: "Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm. 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi