Ru
Bakı
USD
EUR
GBP
RUB

Birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızın avtoqraf sessiyası keçirilib

news photo

13.07.2015 12:54 // Bakı-2015

“Bakı-2015” birinci Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarının iyulun 11-də avtoqraf sessiyası keçirilib.

Youthportal AZƏRTAC-a istinadən xəbər verir ki, “Park Bulvar” ticarət mərkəzində təşkil olunan tədbirdə idmançılarımız paytaxt sakinləri və şəhərimizin qonaqları ilə görüşüblər.

Görüşdə birinci Avropa Oyunlarının çempionları boksçu Teymur Məmmədov, paralimpiyaçı cüdoçu İlham Zəkiyev, karateçilər Firdovsi Fərzəliyev, Ayxan Mamayev, “Bakı-2015”-in bürünc mükafatçıları Tayfur Əliyev, Patimat Abakarova, İlahə Qasımova, Niyazi Əliyev və Azərbaycan karate millisinin baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov iştirak ediblər.

Tədbirdə qələbələri ilə Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyan, ölkəmizin adını dünya idman tarixinə yazdıran, bayrağımızı ucaldan atletlərimiz iştirakçılarla söhbət ediblər.

İlk Avropa Oyunlarının çempionları Ayxan Mamayev, Teymur Məmmədov və Tayfur ƏliyevAZƏRTAC-a müsahibələrində qazandıqları qələbələrin həyatlarında mühüm yer tutduğunu bildiriblər. Ayxan Mamayev deyib: “İlk Avropa Oyunları xoş təəssüratlarla yadda qalıb. Çox sevinirəm ki, məni ölkəmdə tanıdılar. Bu qələbə bütün Azərbaycan xalqına məxsusdur. Bu qələbəmi yarışlarda mənə azarkeşlik edən, dəstəkləyən xalqıma həsr edirəm”.

Boksçu Teymur Məmmədov isə Oyunlarda qələbəsindən danışarkən qeyd edib: “Belə mötəbər idman yarışında iştirak etmək çox maraqlı, unudulmazdır. London Yay Olimpiya Oyunlarından sonra tanınsam da, ilk Avropa Oyunlarındakı qələbəmiz sayəsində azarkeşlərimizin sayı daha da artıb”.

Tayfur Əliyev isə bildirib: “Belə mühüm idman yarışında iştirak etmək və qalib gəlmək çox sevindirici və qürurvericidir. Qarşıdakı yarışlarda da mənə göstərilən etimadı doğrultmağa və qələbə qazanmağa çalışacağam”.

Sonra idmançılarımız tədbir iştirakçılarının suallarını cavablayıb, avtoqraf verib və xatirə şəkilləri çəkdiriblər.

Xatırladaq ki, iyunun 12-dən 28-dək ölkəmizdə keçirilən birinci Avropa Oyunlarında Azərbaycan millisi 21 qızıl, 15 gümüş, 20 bürünc medalla komanda hesabında ikinci pillənin sahibi olub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi