Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bir” Tələbə-Könüllü proqramı “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib

news photo

22.05.2019 12:36 // Gənclər üçün

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” layihəsinə dəstək verib.

Nazirlikdən Youthportal.az-a bildiriblər ki, layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir. Bu, ictimai iştirakçılıq baxımından böyük mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 min nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramının milli könüllü platforması kimi 21 mindən çox üzvü var. Tələbələrin asudə vaxtının səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətlərində fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. Tələbələr www.konullu.edu.az saytında qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi