Ru
Bakı
USD
EUR
GBP
RUB

“BİR” könüllülərdən növbəti dəstək

news photo

19.04.2019 13:07 // Gənclər üçün

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) təşkilati işlərində Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri yaxından iştirak ediblər.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, “BİR” könüllülər 500-ə yaxın xarici iştirakçının qatıldığı konfrans çərçivəsində əsasən qonaqların hava limanında qarşılanması, ziyafətlərin təşkili və Bakı şəhərinə turların həyata keçirilməsində aktiv fəaliyyət göstəriblər. Üç gün davam edən beynəlxalq konfransın bağlanış mərasimində tədbirin yerli və xarici tərəfdaşları, eləcə də iştirakçılar tərəfindən könüllülərə xüsusi təşəkkür bildirilib.

Qeyd edək ki, beynəlxalq konfrans Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq konfransa Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “ASAN xidmət” könüllü dəstəyi verib.

“Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi