Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

news photo

09.12.2019 14:57 // Cəmiyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

İdarədən Youthportal.az-a bildirilib ki, dekabrın 10-da “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyniadlı elmi-praktik konfrans təşkil olunacaq.

Təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərovun, kitabın elmi redaktoru, akademik Rafael Hüseynovun və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi