Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bir dəfə Hollivud”da filminin premyerası olub

news photo

22.05.2019 14:24 // Cəmiyyət

Kventin Tarantinonun “Bir dəfə Hollivud”da (Once upon in time in Hollywood) filmi Kann kinofestivalına təqdim olunub.

Youthportal.az xəbər verir ki, festivalın əsas mükafatı olan “Qızıl palma budağı”na namizədliyi irəli sürən ekran əsəri festivalda nümayiş edilib.

Bu arada filmin yaradıcıları və baş rolun ifaçıları (Bred Pit, Leonardo Di Kaprio və Marqo Robbi) Kann kinofestivalına gəliblər. Müxbirlərə müsahibə verən Pred Pit bildirib ki, Tarantino kinematoqrafiya ənənələrinin dahi nümayəndəsidir. Aktyor həm də qeyd edib ki, bu film Tarantinonun Hollivuda, Los-Ancelesə və kinoya bir sevgi ismarıcıdır.

Filmdə hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir. Kinotənqidçilərin fikrinə görə “Bir dəfə Hollivud”da əsəri Kann festivalında ən çox gözlənilən filmlərdəndir.

“Tarantino bizim festivalın fərdi iştirakçılarından biridir və biz hər zaman onun yeni əsərlərini səbirsizliklə gözləyirik”,-deyə festivalın baş direktoru Terri Fremo müxbirlərə müsahibəsində deyib.

Xatırladaq ki, Kventin Tarantino 1994-cü ildə “Kriminal qiraət” (Pulp Fiction) filminə görə “Qızıl palma budağı”na layiq görülüb.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi