Ru
Bakı
USD
EUR
GBP
RUB

Biofizika institutunda maarifləndirici seminar: “Mənim ilk təqaüdüm” (FOTO)

news photo

15.03.2019 15:04 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda gənc mütəxəssislər üçün maarifləndirici seminar keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, müəssisənin və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminarda doktorant Fərid Seyfullayevin “Mənim ilk təqaüdüm” mövzusunda məruzəsi dinlənilib.

F.Seyfullayev gənc mütəxəssislərə mövzu üzrə öz təcrübəsindən danışıb, gənclərin maraq göstərdiyi və daim araşdırmalar apardığı təqaüd proqramlarında tələb olunan sənədlərin tərtibi və qoyulan tələblər, qeydiyyat üsulları, xaricdə necə ödənişsiz təhsil almaq olar kimi məsələlər haqqında ətraflı məlumat verib.

Seminarda institutda təcrübə keçən Baki Dövlət Universitetinin “SABAH” qrupunun tələbələri, gənc alimlər, magistrantlar və doktorantlar iştirak ediblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi