Ru
Bakı
USD
EUR
GBP
RUB

Binəqədi rayonunda “Cümhuriyyətdən başlanan Müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirildi

news photo

18.09.2018 10:13 // Cəmiyyət

Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin yekunları münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyətdən başlanan Müqəddəs yolun davamçıları” adlı təhsil konfransı keçirildi.

Youthportal.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov, millət vəkilləri Kamaləddin Qafarov, Şahin İsmayılov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə məzunlar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.

Konfrans Azərbaycan Xalq Cümhuriyyəti illərində yaşayıb yaratmış ədəbiyyatımızın klassiklərindən Əhməd Cavad, Hüseyn Cavid, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə və Cəfər Cabbarlı obrazlarının çıxışı ilə start götürmüş, rayonun istedadlı gənclərinin ifasında “Gülbahar” musiqisi təqdim edilmişdir.

Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himninin fonunda kompozisiya ilə açıq elan edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2017-2018-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı rekord nəticə 700 bal toplayaraq tələbə adını qazanmış 297 №-li tam orta məktəbin məzunu Anar Abıyev, 115 №-li  tam orta məktəbin məzunu Lamiyə Mahmudlu, 313 №-li  tam orta məktəbin məzunu Ayxan Vəliyev, 135 №-li  tam orta məktəbin məzunu Şəfiqə Şahbazlı əldə etdikləri təhsil uğurlarından danışıblar.

Daha sonra çıxış edənlər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru  Vaqif Abbasov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov  öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildirdilər.

Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışdı. Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğuladı. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirdi.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular. Konfransa istedadlı gənclərin ifasında “Azərbaycan anaların anası” mahnısı ilə yekun vuruldu.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi