Ru
Bakı
USD
EUR
GBP
RUB

Binəqədi rayonunda “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilmişdir (FOTO)

news photo

20.08.2019 10:22 // Gənclər üçün

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilmişdir.

Layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında “Dama” və “Şahmat” turnirləri keçirilmişdir. Hər iki turnirə Xalidə Həsənova və  Ramil İmanov hakimlik etmişdir.

“Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutmuşdur.

“Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.

Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən “Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur.

Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri “AFFA, II yeri “Bilbao”, III yeri isə “Marşal” komandaları tutmuşdur.

Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat vermişlər.

“Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi