Ru
Bakı
USD
EUR
GBP
RUB

Binəqədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirildi (FOTO)

news photo

29.05.2018 16:25 // Cəmiyyət

25 may 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Ey qəhrəman övladın şanlı Vətəni” adlı tədbir keçirilib. Youthportal.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, Millət vəkilləri Azay Quliyev, Kəmaləddin Qafarov, Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova,  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, “ASAN School” Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev, Anadolu Aydınlar Ocağının rəhbəri professor İbrahim Öztək, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, “Şahin” hərbi-idman oyununun qalib komandaları, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edilmişdir. Tədbiri giriş nitqi ilə başlayan Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında geniş məlumat vermiş və bildirmişdir ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdır. Sonra çıxış edən natiqlər: Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, millət vəkili Azay Quliyev, “ASAN School” Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini İlqar Süleymanov mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdilər.Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi. Rəsmi hissə bitdikdən sonra tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirakı ilə bədii hissə ilə davam etdirildi.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi