Ru
Bakı
USD
EUR
GBP
RUB

Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmanın ilk mərhələsi keçirildi

news photo

28.03.2018 16:46 // Cəmiyyət

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifi, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 mart 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrasına uyğun olaraq Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmanın ilk mərhələsi keçirilmişdir.

Youthportal xəbər verir ki, yarışma “Xəmsə” Milli İntellektual Oyununun formatında keçirilmiş və aparıcı Elmidar Süleymansoyun komandaları oyunun qaydaları ilə tanış etməsindən sonra oyuna start verilmişdir.

Oyunun nəticəsinə görə 313 №-li tam orta məktəbin komandası I, 179 №-li tam orta məktəbin komandası II, 283 №-li tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova oyunun mükafatlandırılması mərasimində çıxış edərək yarışmada iştirak edən şagird və müəllimləri salamladı, qalib komandaları təbrik etdi, onlara təhsildə uğurlar arzuladı. Bildirdi ki, yarışma Bakı şəhərinin kənd və qəsəbələrində uşaq və yeniyetmələrin fəallığının artırılması məqsədilə keçirilir. Birinci yeri tutmuş komanda yarışmanın Bakı şəhər mərhələsində Binəqədi rayonunu təmsil edəcəkdir. Sonda qalib komandalar diplom, medal və kubok ilə mükafatlandırıldılar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi