Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondunda “Müsəlman ermənilər” kitabının təqdimatı oldu (FOTO)

news photo

26.10.2017 16:57 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Strateji Araşdırmalar Mərkəzi Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun “Müsəlman ermənilər” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Fondun “Gənc Jurnalistlər” Klubunun, “Tariximizi öyrədək və öyrənək” Gənclər Klubunun üzvləri, Asan Könüllüləri, Azərbaycan Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tələbələri iştirak ediblər.

Fondun mətbuat xidmətindən Youthportal- a bildirilib ki, tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. İcraçı direktorun sözlərinə görə, kitab həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün çox əhəmiyyətli olduğundan xarici dillərə tərcüməsi vacibdir.

Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunaraq əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verərək, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıb.

Sonra müəllif tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirin sonunda Araz Qurbanovun “Müsəlman ermənilər” kitabı müəllifin imzasıyla iştirakçılara paylanıb.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi