Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının əməkdaşlığı müzakirə olunub

news photo

10.01.2019 10:43 // Cəmiyyət

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolunda əksini tapan müddəalar əsasında hazırlanmış fəaliyyət planı müzakirə olunub. Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən Assosiasiyanın sədr müavini, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova və qurumun nümayəndələri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

FonddanYouthportal.az-a bildirilib ki, fəaliyyət planında qadın sahibkarlığının təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, sahibkarlıq fəaliyyəti göstərən xanımların maarifləndirici görüşlərə cəlb olunması, elmi-praktik konfransların, seminar və təlimlərin, intellektual müsabiqələr və bilik yarışmalarının təşkili, müvafiq mövzuda materialların nəşri məsələləri yer alıb. Həmçinin sosialyönümlü videoçarxların hazırlanması, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında gənclər üçün vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə cəlb edilməsi ilə bağlı tədbirlər əksini tapıb.

Görüşdə son əlavə və düzəlişlərdən sonra birgə fəaliyyət planının icrasına başlanılması qərara alınıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi