Bilik Fondu Goranboy və Xocalı sakinləri ilə maarifləndirici görüşlər keçirib

16.10.2018 16:41 // Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Goranboyda maarifləndirmə tədbirləri keçirilib.
Fonddan Youthportal.az-a bildiriblər ki, Goranboy Gənclər Mərkəzində keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər barədə məruzələr dinlənilib.
Tədbirdə icra hakimiyyətinin, təhsil, mədəniyyət, gənclər təşkilatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin son on ildə Goranboya səfərlərinin, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncamların bölgənin simasını başdan-başa dəyişməsinə, işsizliyin tam aradan qaldırılmasına imkan yaratdığı qeyd edilib. Həmçinin dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi tarixi keçmişimizə hörmət və ehtiramın, işıqlı gələcəyimizə aydın münasibətin təzahürü olduğu bildirilib. Tədbirdə ana dilimizin saflığının qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində dövlətimizin apardığı dil siyasətinin gerçəkləşməsi üçün KİV-lərin, ictimaiyyətin, hər bir vətəndaşın məsuliyyəti, rolu və vəzifələrindən söz açılıb.
Görüşlərdə ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.
Rayonun Rəhimli kənd tam orta məktəbində təşkil olunan görüşdə Bilik Fondunun Goranboy rayonu üzrə nümayəndəsi Günay Tağıyeva “Maarifçilik işi: ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin təşkili” və Hacı Abdulla “Sərhəd bölgələrində hərbi informasiya təhlükəsizliyinin qorunması” mövzularında çıxış ediblər. Çıxışlarda 2016-cı ilin Aprel döyüşlərindən sonra sərhəd bölgələrində yaşayan əhalinin sayıqlığının, hərbi sirlərin mühafizəsində məsuliyyətinin yüksəldiyi, biliklərinin genişləndiyi bildirilib. Bu istiqamətdə Ali Baş Komandanın imzaladığı sənədlərin mühüm rolu olduğu vurğulanıb. Məktəb və ictimaiyyətin, şagirdlərin öhdəsinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində keçirilən tədbirdə ermənilərin törətdikləri soyqırımının ağır fiziki, mənəvi müsibətlərini yaşamış xocalıların maddi, sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açılıb. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev sərhədyanı bölgədə Bilik Fondu tərəfindən bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dilimizin tarixi, inkişaf mərhələləri, indiki vəziyyəti, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət dil siyasəti, dilimizin tədrisi, təbliği istiqamətində görülən işlər barədə məlumat verib. Akademik Bilik Fondu ilə Dilçilik İnstitutunun birgə həyata keçirdiyi tədbirlərdən də söz açıb.
Meşəli kənd tam orta məktəbinin direktoru Alış Alışov və tarixçi müəllim Sabir Qasımov ziyalılarla bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Goranboyda fəaliyyətini davam etdirən Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən “dəyirmi masa”da oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərin problemləri ilə əlaqədar verdiyi tapşırıqların bu sahədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına yeni stimul verəcəyinə inam ifadə olunub.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla, məktəbin direktoru Vidadi Rəhimov, Xocalı şəhəri üzrə icra nümayəndəsi Tacir Əzizov, Əməkdar müəllim Tamella Bilalova və digər çıxış edənlər köçkünlərə diqqət və qayğının Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Çıxışlarda Xocalıya qayıdışın xocalıların həyat devizi, gündəlik yaşam arzusu olduğu bildirilib, məcburi köçkünlərin gələcəyə inam əhval-ruhiyyəsinin qorunub saxlanmasında təbliğat, təşviqat, maarifçilik işinin xüsusi önəm daşıdığı vurğulanıb.
Görüşdə iyirmi yeddi ildir fəaliyyətini davam etdirən məktəbin qazandığı uğurlardan da söz açılıb. Bildirilib ki, ötən dərs ilində məktəbin on məzunu yüksək balla ölkənin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Bilik Fondunun Goranboy, Xocalı, Naftalan, Gəncə nümayəndələrinin “İlboyu bilik”, “Qardaşlaşmış məktəblər” layihələri çərçivəsində birgə tədbirlərin – müsabiqə, ekskursiya, bilik yarışmalarının, səngərdə əldə silah Vətənin keşiyində duran əsgərlərlə görüşlərinin hazırlanıb, həyata keçirilməsi barədə təşəbbüslərinə Bilik Fondu tərəfindən təşkilati, maddi-mənəvi dəstək veriləcəyi bildirilib.
H.Abdullanın Xocalı məktəbində keçdiyi “Vətən dərsi”ndə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və qurucuları, dövlət atributlarımız, ulu öndər Heydər Əliyevin həyatı, Xocalının tarixi, Milli qəhrəmanları, Milli Ordumuzun Aprel döyüşlərində qazandığı zəfərlə bağlı məlumat verilib.

Digər xəbərlər
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar
18.02.2019 18:01 // Təhsil
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18.02.2019 17:46 // Təhsil
Futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirəcək
18.02.2019 17:25 // İdman
“NatiqSən” layihəsinin bağlanış mərasimi keçirilmişdir (FOTO)
18.02.2019 16:50 // Gənclər üçün
Biologiyaya aid dərs vəsaiti nəşr olunub
18.02.2019 16:33 // Təhsil
Mərkəzi Elmi Kitabxananın oxucuları bir sıra məlumat bazalarında elektron resurslardan istifadə edə bilərlər
18.02.2019 16:00 // Təhsil
“Vikipediya”da Milli Qəhrəman Elman Hüseynov haqqında xarici dillərdə məqalələr yaradılıb
18.02.2019 15:40 // Cəmiyyət
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18.02.2019 15:19 // İdman
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
18.02.2019 15:01 // Təhsil
“Böyük İpək Yolu” Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bilik yarışması keçirmişdir (FOTO)
18.02.2019 14:44 // Gənclər üçün
Bakıda “Yer saatı” aksiyası keçiriləcək
18.02.2019 14:26 // Cəmiyyət
AzMİU-nun nümayəndə heyəti Londonda təlimlərdə iştirak edib (FOTO)
18.02.2019 14:07 // Təhsil
Sabah qar yağacaq, güclü külək əsəcək, şaxta olacaq
18.02.2019 13:44 // Cəmiyyət
Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və şagirdlərlə görüşlər keçirilib (FOTO)
18.02.2019 13:31 // Təhsil
İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib
18.02.2019 13:16 // Təhsil
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərginin açılışında iştirak edib (FOTO)
18.02.2019 13:01 // Cəmiyyət
Yeniyetmə cüdoçularımız “European Cup 2019”da 4 medal qazanıblar
18.02.2019 12:44 // İdman
ADPU-da tanınmış metodist-alim Seyidağa Həmidovun xatirəsi anılıb (FOTO)
18.02.2019 12:28 // Təhsil
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019 12:13 // Təhsil
Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb
18.02.2019 11:58 // Təhsil
“Gənc əsgər” hərbi hazırlıq layihəsi (FOTO)
18.02.2019 11:42 // Cəmiyyət
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Bərdə və Tərtər rayonlarında maarifləndirici tədbirlər keçirmişdir (FOTO)
18.02.2019 11:24 // Cəmiyyət
Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində
18.02.2019 11:10 // Cəmiyyət
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18.02.2019 10:56 // Siyasət
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanının nəticələri açıqlanıb
18.02.2019 10:44 // Təhsil
Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb
18.02.2019 10:27 // Formula 1
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019 10:09 // Cəmiyyət
Sutka ərzində atəşkəs 26 dəfə pozulub
18.02.2019 09:42 // Qarabağ
“Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb
18.02.2019 09:09 // İdman
İlahiyyat İnstitutunda qadının müasir cəmiyyətdə yeri və rolu müzakirə olunacaq
17.02.2019 15:01 // Təhsil