Biləsuvarda Azərbaycan Gəncləri Günü qeyd edilib

01.02.2019 08:49 // Gənclər üçün
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Biləsuvar rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər evində ümumrayon toplantısı keçirilib.
Youthportal.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Biləsuvar rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov tədbirdə çıxış edərək 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdırıb, bu günün ölkəmizdə geniş qeyd olunduğunu vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncləri ilə tarixi görüşündən başlayan bu gün ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısının əyani sübutudur. Ümummilli lider Heydər Əliyev Azərbaycan Gəncləri Gününü təsis etməklə gənclərin ölkəmizin həyatında vacib rolunu, gənc nəslin Vətənimizin inkişafında xüsusi yerini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirildiyini vurğulayan A.Bağırov bu gün ölkə gənclərinin dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib. Bildirib ki, bunun nəticəsində gənclərimiz sürətlə inkişaf edir, mühüm uğurlar qazanırlar. O, gənclərimizin inkişafında, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasında, beynəlxalq əlaqələrinin inkişafında Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilən Dövlət proqramları və strategiyaların əhəmiyyətini xüsusi vurğulayıb.Ölkəmizdə gənclər sahəsində əldə olunan uğurların biləsuvarlı gənclərdən də yan keçmədiyini ifadə edən idarə rəisi deyib ki, rayonun 100 min nəfərlik əhalisinin 28 minini gənclər təşkil edir. Rayonda gənclərin vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişmələri, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və s. istiqamətlərində ardıcıl tədbirlər həyata keçirilir.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbik edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan gənclər siyasətinin bu sahədə mühüm uğurların qazanılması ilə nəticələndiyini diqqətə çatdırıb.
“N” saylı hərbi hissənin komandiri Kəramət Zeynalov çıxışında gəncləri təbrik edib, xoş arzularını çatdırıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir musiqili proqramla davam edib.
Digər xəbərlər
Əfsanəvi müğənni Roy Young Bakıda çıxış edəcək
15.02.2019 18:06 // Cəmiyyət
“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı!
15.02.2019 18:02 // Cəmiyyət
“Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışmasının final mərhələsi və bağlanış mərasimi keçirilmişdir
15.02.2019 17:41 // Gənclər üçün
Coğrafi informasiya sistemləri proqram təminatı əsasında elektron xəritə platforması yaradılıb
15.02.2019 17:25 // Təhsil
“Kənd namusu” növbəti dəfə göstəriləcək
15.02.2019 17:19 // Cəmiyyət
Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
15.02.2019 16:54 // İdman
2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir
15.02.2019 16:30 // İdman
UNESCO-nun təlim həftəsində süni intellektə dair müzakirələr aparılacaq
15.02.2019 16:13 // Təhsil
“Hər ağac bir nəfəsdir” adlı layihə reallaşdırılmışdır
15.02.2019 15:52 // Cəmiyyət
Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək
15.02.2019 15:31 // Siyasət
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15.02.2019 15:06 // Cəmiyyət
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
15.02.2019 14:43 // Cəmiyyət
AzMİU-nun tələbələrinə Lester Universitetinin nümayəndəsi tərəfindən sertifikatlar təqdim olunub (FOTO)
15.02.2019 14:28 // Təhsil
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb (FOTO)
15.02.2019 14:10 // Təhsil
Cəfər Cabbarlının yubileyinə həsr olunmuş videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq
15.02.2019 13:50 // Təhsil
Sabah Bakıda yağış yağacaq, külək əsəcək
15.02.2019 13:43 // Təhsil
Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin ilk mərhələsi yekunlaşıb (FOTO)
15.02.2019 13:24 // Təhsil
“Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir (FOTO)
15.02.2019 13:02 // Təhsil
“Bizim müəllim” layihəsi Lənkəran şəhəri 5 nömrəli tam orta məktəb müəllimi Həyat Fərzullayevanı təqdim edir (FOTO)
15.02.2019 12:36 // Təhsil
“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib (FOTO)
15.02.2019 12:13 // Təhsil
Zoologiya İnstitutu vakansiya elan edir
15.02.2019 12:00 // Təhsil
“Sağlam Yaşam” adlı layihənin bağlanış mərasimi keçirilmişdir
15.02.2019 11:44 // Gənclər üçün
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün Biznes təhsili”nin növbəti dərsləri başladı
15.02.2019 11:32 // Təhsil
Reyhan Camalova Azərbaycanı yenidən ABŞ-da təmsil edəcək
15.02.2019 11:11 // Təhsil
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin “Xan bağı”nda sakinlərlə görüşüb (FOTO)
15.02.2019 10:58 // Siyasət
İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis edilib
15.02.2019 10:47 // Təhsil
ADPU-da İndoneziyanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilib (FOTO)
15.02.2019 10:30 // Təhsil
DİM ilk peşə-ixtisas təhsili müəssisələrinin 3432 şagirdi üçün buraxılış imtahanı keçirəcək
15.02.2019 10:13 // Təhsil
Bakıda Gəncə rəssamlarının sərgisi keçiriləcək
15.02.2019 09:48 // Cəmiyyət
Sutka ərzində atəşkəs rejimi 23 dəfə pozulub
15.02.2019 09:19 // Qarabağ