Ru
Bakı
USD
EUR
GBP
RUB

Biləsuvar rayonunda gənclərin peşəyönümü işinin gücləndirilməsi mövzusunda maarifləndirmə tədbiri keçirildi

news photo

31.05.2018 11:49 // Gənclər üçün

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30 may 2018-ci il tarixdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər planının  müvafiq  yarımbəndinin icrası məqsədi ilə gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması barədə maarifləndirmə tədbiri keçirildi. 

Youthportal.az xəbər verir ki, tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev,  Peşə Liseyinin direktoru Rabil Şahbazov iştirak etdilər.   

Giriş sözü ilə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov   tədbirin  gənclər üçün peşə seçimində doğru yolla irəliləməkdə  xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi və bildirdi ki,   peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti barədə onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirilir.           

Çıxış edənlər gənclərin peşə seçməyə hazırlanmasında, onların maraq və meyllərinin müəyyənləşdirilməsində əmək bazarının tələbatını nəzərə almağın böyük əhəmiyyət daşıdığını qeyd etdilər. Tədbir iştirakçılarına peşəyönümü işinin mühüm cəhətləri, düzgün peşə seçimi zamanı hansı amillərə daha çox diqqət yetirmək lazım olduğu, əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar barədə ətraflı məlumat verilmişdir.          

 Tədbirdə 100 nəfərdən çox gəncə Biləsuvar Peşə liseyi tərəfindən peşə seçiminə aid təlim keçirildi, onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı və bukletlər paylandı.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi