Ru
Bakı
USD
EUR
GBP
RUB

Biləsuvar rayonunda Beynəlxalq Gənclər Gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi (FOTO)

news photo

09.08.2019 18:15 // Gənclər üçün

Avqustun səkkizi 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər evində 12 avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş “İntellekt Festivalı” çərçivəsində “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi. 

Youthportal.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev əvvəlcə iştirakçıları bayram münasibətilə təbrik etdi, yarışda iştirak edən bütün  komandalara uğurlar arzuladı. İdarə rəisi  bildirdi ki, məqsədimiz gənclərin intellektual səviyyəsini, zehni inkişafını artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdir. Sonra yarışa start verildi. Maraqlı keçən yarışın sonunda ”Flash” komandası I yerə, “Bermud” komandası II yerə, “Falcon” komandası isə III yerə layiq görüldü. Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi