Ru
Bakı
USD
EUR
GBP
RUB

Beysbol-5 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına əlavə olunub

news photo

12.01.2020 15:45 // İdman

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında beysbol-5 idman növünün 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına salınması barədə qərar qəbul edilib.

Youthportal.az xəbər verir ki, beysbol-5 ilk idman növüdür ki, bu növdə oğlanlardan və qızlardan ibarət (4 nəfər) qarışıq komandalar çıxış edəcəklər.

İclasda Oyunların keçiriləcəyi vaxt dəyişdirilib. Yarışların payız aylarında təşkili barədə təklif nəzərdən keçirilib və Oyunların oktyabrın 22-dən noyabrın 9-dək keçirilməsi qərara alınıb.

Xatırladaq ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi