Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq yarışdan qalibiyyətlə qayıdan Bakı məktəbliləri (FOTO)

news photo

19.11.2019 19:13 // Bizim istedadlar

Ümumtəhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, bu qurumun tabeliyindəki 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cavad Yusifov karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal, diplom və kubokla mükafatlandırılıb. 36 nömrəli tam orta məktəbin XI sinif şagirdi Taleh Quliyev kikboksinq idman növü üzrə İranda keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Məktəbli çempionluq kəməri və diplomla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 116 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Rüfət Hacıyev karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I, habelə V sinif şagirdi Xədicə Vəkilova isə II yerə layiq görülüb. Final mərhələsində erməni idmançını məğlub edən Rüfət Hacıyev qızıl medal, diplom və kubokla, Xədicə Vəkilova isə gümüş medal, diplom və kubokla mükafatlandırılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi