Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının 68-ci Baş Assambleyasında Azərbaycan təmsil olunmuşdur (FOTO)

news photo

15.08.2019 12:45 // Gənclər üçün

1-7 avqust 2019-cu il tarixlərdə Çinin Tayvan əyalətinin Taypey şəhərində Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (International Federation of Medical Students’ Associations - IFMSA) 68-ci Baş Assambleyası keçirilmişdir. Tədbirdə 100-dən artıq ölkədən 1000-ə yaxın tibb tələbələri iştirak etmişlər. Tədbirdə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin nümayəndəsi Asiman Hadizadə Azərbaycanı təmsil etmişdir.

Youthportal.az xəbər verir ki, tədbir zamanı Azərbaycanda keçirilən mübadilə proqramlarının tanıtımı keçirilmiş, 20-yə yaxın ölkə ilə yeni müqavilələr imzalanmış, həmçinin Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunmuşdur. Tədbirdə qlobal səhiyyə, tibb təhsili mövzularında maxtəlif müzakirələr aparılmışdır.

A.Hadizadə həmçinin, Avropa regionu üzrə direktorun assistenti vəzifəsinə təyin olunmuş, regional sessiyalarının həyata keçirilməsində yaxından iştirak etmişdir.

Azərbaycan 2007-ci ildən etibarən 123 ölkədən 1.3 milyon tibb tələbəsini birləşdirən Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının tam hüquqlu üzvüdür.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi