Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Qış Məktəbi – 2019 üçün qeydiyyat başladı

news photo

29.11.2018 11:12 // Gənclər üçün

Beynəlxalq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikultralizmi haqqında biliklərini artırmaq və dərinləşdirmək istəyən tələbə və tətqiqatçılar üçün növbəti Beynəlxalq Qış Məktəbi – 2019-a qeydiyyatı başlatdı.

Youthportal.az xəbər verir ki, Qış Məktəbi proqramı Azərbaycan multikulturalizmi ilə bağlı yeni mövzuları araşdırmaq və ümumilikdə multikulturalizmin öyrənilməsində irəliləyiş əldə etmək, Azərbaycan təcrübəsindən faydalanmaq üçün əla fürsət yaradır.

Kursun əsas məqsədləri aşağıdakılardır:

-Azərbaycanlı multikulturalizmə dair nəzəri və praktiki biliklərin verilməsi;

-"Azərbaycan multikulturalizm" üniversitet kursu haqqında məlumatlılığın artırılması;

-Multikulturalizmlə elmi və praktiki olaraq maraqlanan bütün tələbə və tədqiqatçıları bir araya gətirmək.

Qış məktəbində 18-35 yaş arası bakalavr, magistr və doktorantlar, akademik motivasiyası olan ,öz məlumatlarını genişləndirmək istəyən və Azərbaycan multikulturalizm modelini öyrənmək istəyənlər iştirak etmək hüququna malikdir.

Qeyd edək ki, müraciət üçün son tarix 31 dekabr 2018-ci il saat (yerli vaxtla) 23:59 –dadır.

Proqram haqqında əlavə məlumatı  linkə keçid edərək əldə edə bilərisiniz.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi