Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib

news photo

11.12.2019 17:31 // Cəmiyyət

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəsmi internet səhifəsi- aircenter.az fəaliyyətə başlayıb.

Mərkəzin mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, sayt ilkin mərhələdə 2 - Azərbaycan və ingilis dillərində istifadəyə verilib. Saytda mütəmadi olaraq aylıq bülletenlər, nəşrlər və məqalələr, keçirilmiş tədbirlər, press-relizlər və BMTM ilə bağlı digər xəbərlər yerləşdiriləcək. Bununla yanaşı, saytda “imkanlar” bölməsində təqaüd, təcrübə, könüllülük proqramları ilə bağlı son elanlar və iş imkanları ilə bağlı məlumatlar yer alacaq, yeni layihələr barədə ictimaiyyətə məlumat veriləcək.

Həmçinin saytın BMTM-in sosial şəbəkələrdəki ünvanlarına çıxışı təmin olunub. Saytın tam hazır vəziyyətə gətirilməsi istiqamətində işlər davam etdirilir. Daha ətraflı aircenter.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi