Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi könüllülərin qəbulunu elan edib

news photo

29.08.2019 15:13 // Gənclər üçün

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tələbələr və gənc mütəxəssislər üçün konüllülük proqramı üzrə müsabiqə elan edib. 

Mərkəzdən Youthportal.az-a verilən məlumata görə, yeni ideyalara malik, özünə güvənən, potensialını paylaşmağa hazır olan gənclər müsabiqədə iştirak etmək üçün dəvət olunur. Müsabiqədən uğurlu keçən könüllülərin sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin Müqaviləsi” nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda diplomatik korpuslar və ekspertlər üçün keçiriləcək seminarda işləmələri nəzərdə tutulub. Daha sonra onlar BMTM-in könüllülük hərəkatının üzvü olaraq digər tədbirlərdə də iştirak etmək hüququ əldə edəcəklər.

Namizədlər üçün tələblər:

Yaşı 17-25 arası olmalıdır.

İngilis və rus dillərini bilməlidir. Digər xarici dilləri bilməsi arzuolunandır.

Punktual və komandada işləmək bacarığına malik olmalıdır.

Tədbirin sonunda təşkilatçılıqda aktiv iştirak etdikləri üçün konüllülərə sertifikat veriləcək. Maraqlananlar CV-lərini info@aircenter.az ünvanına yollaya və ya BMTM-in Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına şəxsən təqdim edə bilərlər. 

Qeyd edək ki, müraciət sentyabrın 10-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi