Ru
Bakı
USD
EUR
GBP
RUB

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi davam edir

news photo

22.01.2020 14:18 // Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzinin sevilən və tamaşaçılar tərəfindən böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti 25 yanvar tarixində saat 19:00-da təqdim ediləcək.

Youthportal.az xəbər verir ki, həmin gün sevilən xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva “Çahargah” muğamını təqdim edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.

Layihənin il boyu davam edəcək konsertlərində də “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.

Konsertlərə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzləri və iticket.az saytından əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi